Mart ayının 17-də Novruz bayramı münasibəti ilə Balakəndə yerləşən ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib.
Qullar kənd 2 nömrəli, Mazımçay, Şambulbinə kənd məktəblərində keçirilmiş tədbirlərdə şagirdlər Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş edib, milli rəqslərimiz təqdim edib, mahnılar səsləndiriblər.