18.03.2017

Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” komediyasının oxusu və müzakirəsi təşkil olunub

Şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Balakən şəhər 1 nömrəli  tam orta məktəbində kitabxana xətti ilə Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” komediyasının oxusu və müzakirəsi təşkil olunub.

Tədbirdə məktəbin X sinif şagirdləri iştirak edib. Şagirdlər əsəri oxuduqdan sonra əsər haqqında öz fikirlərini bildiriblər.